Birbank
Yeni il lotereyası ilə müştərilərinə Sea Breeze-də mənzil və minlərlə hədiyyə
qazanmaq fürsəti yaradır. Belə ki, indi Birbank
debet, Birbank
taksit və Birbank Star kartı ilə edilən ödənişlər Yeni il lotereyasında öz
sahiblərinə şans gətirir. Lotereya 17 noyabr 2025-ci il – 31
yanvar 2026-cı il tarixləri ərzində edilən bütün ödənişlərə şamil edilir.
10 000 qalibin seçiləcəyi lotereyada 9 nəfər “iPhone
17 Pro”, 20 nəfər “Apple Watch SE2”, 40 nəfər “AirPods Pro”, 30 nəfər 500 AZN dəyərində səyahət paketi, 9900 nəfər isə müxtəlif sayda bonuslar
qazanacaqlar. Lotereyanın super-prizi Sea Breeze-də “Park
Lane” yaşayış kompleksində yerləşən mənzilə
isə yalnız 1 nəfər sahib olacaq.
Lotereyada
iştirak üçün qeydiyyat tələb olunmur.
Müvafiq əməliyyatlara görə biletlər avtomatik təyin olunur və müştərilər biletlərini
Birbank mobil tətbiqində “Yeni il lotereyası” bölməsində izləyə bilərlər. Daha
çox ödəniş daha çox şans deməkdir. Birbanklılar mobil tətbiq daxilində
tapşırıqları tamamlayaraq biletlərinin sayını daha da artıra bilərlər. Bunun
üçün Birbank mobil tətbiqində “Bizdən sizə” bölməsinə daxil olaraq “Yeni il
lotereyası”na keçmək lazımdır. Burada isə iştirakçıları əlavə biletlər
qazandıran tapşırıqlar gözləyir. Birmarket-də alış veriş isə biletlərin sayını
10 qat artırır. Lotereyada 18 yaşdan yuxarı bütün Azərbaycan vətəndaşları
iştirak edə bilərlər. Qeyd edək ki, bir müştəri bir dəfə qalib ola bilər.
Qaliblər
23 fevral 2026-cı il tarixində
Birbank-ın rəsmi sosial media kanallarında canlı yayım vasitəsilə təsadüfi
üsulla seçiləcək.
Ətraflı
məlumat üçün: www.b-b.az/nylpr/
Daim
ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə
nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115
filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin
xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı
altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank
isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif
sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.