Hazırda Azərbaycanda ümumi təhsil müəssisələrində 1 milyon 682 min 480 şagird təhsil alır.
Manset.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onların 1 milyon 507 mini Azərbaycan bölməsində oxuyur. Məlumata görə, 157 min şagird rus, 15 min şagird ingilis, 2 min 500 şagird türk, 980 şagird isə gürcü bölməsində təhsilini davam etdirir.