Sosial şəbəkələrdə bu paylaşımlar qadağan ediləcək

13:09 - 19 Dekabr 2025

Sosial şəbəkələrdə bu paylaşımlar qadağan ediləcək

İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyaların əhatə dairəsi genişləndirilir.


Manset.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, internet informasiya ehtiyatının ve onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir:

  • kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına ve milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az