Ağdamın Quzanlı qəsəbəsində 19 yaşlı qız bıçaqlanıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Leyla Cəfərova üzü və sol əlində kəsilmiş yaralarla Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Zərərçəkmiş xəstəxanada bildirib ki, hadisəni törədən şəxs onun dayısı oğludur.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.