Bələdiyyə sənədi ilə ev tikənlərə ŞAD XƏBƏR

21:41 - 11 Yanvar 2026

Bələdiyyə sənədi ilə ev tikənlərə ŞAD XƏBƏR

Bələdiyyə sənədi ilə alınan torpaq sahələrindəki tiklilərə çıxarış almaq mümkün olacaq.


Manset.az xezerxeber.az-a istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspertlər hesab edirlər ki, Bakıda və Abşeron yarmadasında təqribi 300-500 min sənədsiz ev var ki, bunlar da əsasən bələdiyyə və qeyri yaşayış sahəsi üçün nəzərdə tutulan torpaq sahələrində vaxtı ilə tikilən evlərdir.

Ekspert Ramil Osmanlı deyir ki, sənədsiz evlərin leqallaşdırılması bir mərhələdən ibarət deyil. Proses əsasən torpaq sahəsinin hüquqi statusundan asılı olaraq dəyişir. Ekspert deyir ki, bəzi hallarda torpaq sahəsinin yenidən bələdiyyədən alınması zərurəti yaranır ki, bu da əlavə maliyyə öhdəlikləri deməkdir.

Ekspert deyir ki, praktikada bu məbləğ bəzən 3500-4000 manata qədər arta bilir. Amma torpaq sahəsi artıq hüquqi baxımdan problem yaratmırsa və yalnız özbaşına tikilinin ilkin qeydiyyatı aparılırsa, xərclər nisbətən azalır. Bu halda əsas ödənişlər texniki pasport və çıxarışın alınması ilə bağlı olur.

Burada da orta hesabla çıxarış üçün rüsum və xidmət haqları 200 manata qədər, texniki pasport isə 200-300 manat təşkil edir. Ekspert deyir ki, ümumilikdə, ölçülərdən asılıdır, amma xərclər təqribən 500-1000 manat aralığında olur.


Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.  




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az