Türkiyənin Beşiktaş ərazisində bir banka silahlı hücum olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, işdən çıxarıldığı iddia edilən 36 yaşlı Muhammet S. həmin küçədəki başqa bir bank filialına gələrək xüsusi təhlükəsizlik əməkdaşının boğazına bıçaq tutub.
Təhlükəsizlik işçisinin silahını alan hücumçu bankı qarət etməyə cəhd edib. Hücumçu xüsusi əməliyyat polisinin müdaxiləsi zamanı təsirsiz hala gətirilib. Təxliyə edilən hücumçu xəstəxanaya aparılıb.