logo
logo logo
logo

"Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir" - Baxçalı

22:14 - 27 Oktyabr 2026

\"Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir\" - Baxçalı

Türk dünyasının birliyi hər hansı bir dövlətin digərinin üzərində hakimiyyət qurması mənasına gəlmir və Azərbaycanla Türkiyə arasındakı qardaşlıq tarixi bir mahiyyət daşıyacaq qədər dərindir.


Manset.az xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Facebook hesabında yazıb.

"Türk dünyasının birliyi, hər hansı bir dövlətin digərinin üzərində hakimiyyət qurması mənasına gəlmir. Bizim arzuladığımız müstəqil dövlətlərin suveren bərabərliyi əsasında, qarşılıqlı hörmət və qardaşlıq hüququ ilə güclənən, hər bir üzvümüzün milli varlığını və iradəsini qoruyan bir birlikdir", - o bildirib.

O bildirib ki, Türk dünyasını təşkil edən qardaş dövlətlərlə bağların zədələnməsi, yalnız iki dövlət arasındakı münasibətlərə aid olan bir məsələ kimi görülə bilməz: "Bu bağlar, tariximizin, qarşılıqlı etimadımızın və gələcəyə yönəlik məfkurələrimizin ayrılmaz bir parçasıdır.

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin sərhədlərinə sığışdırıla bilməyəcək qədər köklü; siyasi və diplomatik məsələlərin fövqündə tarixi bir mahiyyət daşıyacaq qədər dərindir. Qardaşlığımız, iki millətin iradəsi ilə güclənmiş, ortaq mübarizələrlə möhkəmlənib və nəsillər boyu yaşadılıb".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az