Taleh Qaraşov bir nəfəri işdən çıxardı - 2 nəfərə yeni vəzifə verdi

19:44 - 13 Fevral 2026

Taleh Qaraşov bir nəfəri işdən çıxardı - 2 nəfərə yeni vəzifə verdi

Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) iki yeni təyinat olub, daha bir nəfər isə işdən çıxarılıb.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Fərid Bayramzadə ŞİH-in Ərazi - təşkilat və ictimai – siyasi məsələlər şöbəsinə müdir müavini və həmin şöbənin Ərazi - təşkilat məsələləri sektoruna isə müdir təyin olunub. O, yeni struktur dəyişikliyindən əvvəl İstehsal və xidmət sahələri sektorunun müdiri işləyib.

Bundan əlavə, icra başçısının digər əmri ilə Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektorunun məsləhətçisi Sevinc Əliyeva vəzifəsindən azad olunub, onun yerinə Ayşən Əliyeva təyinat alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az