Milli Məclis "İmprotex Motors" şirkəti ilə nəhəng müqavilə bağlayıb.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, müqavilədə rəsmi qarantiyada olan nəqliyyat vasitələrinə qulluq göstərilməsi nəzərdə tutulur.
Buraya yağ, sürtkü materialları, ehtiyyat hissələri və servis xidmətləri aiddir.
Müqavilənin maliyyə dəyəri isə 2 milyon 282 min 605 manat müəyyənləşib. Müqavilənin icra müddəti açıqlanmayıb.
Xatırladaq ki,"İmprotex Motors" şirkəti 1991-ci ildə yaradılıb. Şirkətin sahibi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. O, nazir işlədiyi 2006-2013-cü illərdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.