Birbank
Yığım hesabı ilə müştərilərin pul vəsaitlərini idarə etmək və gəlir əldə
etməklə bağlı stereotiplərini qırır. Bankın bu sərfəli məhsulu istifadəçilərə
illik 7% gəlir qazanmaq, üstəlik hesablanmış faizə də faiz əldə etmək şansı
yaradır. Dollar valyutası üzrə isə bu qazanc illik 2.5%-dir. Yığım hesabının ən
böyük özəlliyi isə gəlirlərin gündəlik hesablanmasıdır. Yəni, müştərilər
vəsaitin hesabda qaldığı hər gün daha çox qazanırlar.
Məhsulun
şərtləri olduqca sadə və rahatdır. Minimum məbləğ tələbi yoxdur, hesabı hətta
0.00 AZN/USD ilə də açmaq mümkündür. Hesaba istənilən zaman əlavə vəsait
yatırmaq sərbəstdir. Faiz gəliri gündəlik hesablanır və günün sonunda balansa
yüklənir. Eyni zamanda qazanılan faiz gəlirinə də faiz hesablanaraq qazancı
daha da artırır. Ən əsası isə pulu istənilən an heç bir faiz və ya komissiya
ödəmədən çıxarmaq mümkündür. Bütün bu proseslərə isə müştərilər Birbank mobil
tətbiqi ilə rahat və etibarlı şəkildə nəzarət edə bilərlər.
Bu məhsul,
xüsusilə uzunmüddətli depozit hesabı açmaq istəməyən, aşağı risklə yüksək gəlir
qazanmağı hədəfləyən hər kəs üçündür. Minimum məbləğ tələbinin olmaması onu
hamı üçün əlçatan edir. Birbank Yığım hesabı müştərilərə büdcələrini səmərəli
idarə etmək, aylıq və ya illik gəlirlərdən asılı olmayaraq, vəsaitlərini
istədikləri zaman artırmaq şansı verir. Hesabı sizə ən yaxın Birbank
filialından və ya Birbank mobil tətbiqində “Əmanətlər” bölməsinə keçərək “Yığım
hesabı aç” seçimi ilə asanlıqla açmaq mümkündür.
Ətraflı məlumat üçün: http://b-b.az/yhpr
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim
edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 115 filial və 53 şöbədən ibarət Azərbaycanda
ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək
ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və
PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq
fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün Birbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.