Bakı–Naxçıvan–Bakı marşrutu üzrə avtobuslar DAYANDIRILDI

13:41 - 28 Fevral 2026

Bakı–Naxçıvan–Bakı marşrutu üzrə avtobuslar DAYANDIRILDI

Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bu gün dayandırıb.


Manset.az Report-a istinadən xəbər verir ki, avtobus reyslərinin fəaliyyəti ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, bu gün İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib. İsrailin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan edilib. İsrail və İran hava məkanını bağlayıb. Məlumatlarda qeyd olunub ki, ABŞ İsrailin İrana endirdiyi zərbələrdə iştirak edir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az