Paytaxtın bu ərazilərində işıq olmayacaq

10:45 - 05 Mart 2026

Paytaxtın bu ərazilərində işıq olmayacaq

Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyada Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan 15:00-dək Hövsan kəndi Ağadadaş Müniri, Cavad bəy Şıxlinski, Hövsan qəsəbəsi 44 və 172-ci Hövsan küçələri, Hövsan Bağlar massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az