Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin nəzərinə

23:32 - 10 Mart 2026

Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin nəzərinə

Sabah Culfa rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.


Manset.az xəbər verir ki, yeni çəkilən 110 kilovoltluq hava elektrik verilişi xəttlərinin istismara verilməsi ilə əlaqədar 35/10 kV-luq Əbrəqunus yarımstansiyasını qidalandıran 35 kilovoltluq "Əbrəqunus" hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

Bununla əlaqədar Xoşkeşin, Teyvaz, Milax, Ərəfsə, Saltaq, Bənəniyar, Kırna, Ləkətağ və Boyəhməd kəndlərində saat 13:30-dan 15:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az