İsrail "Hizbullah"ın raket buraxılış qurğularını məhv etdi

20:23 - 10 Mart 2026

İsrail \"Hizbullah\"ın raket buraxılış qurğularını məhv etdi

İsrail Hərbi Hava Qüvvələri İsrail istiqamətində raket atmağa hazırlanan "Hizbullah" hərəkatının buraxılış qurğularını məhv edib.


Manset.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qurğunun silahlandırılması ilə məşğul olan və buraxılışı həyata keçirməyə çalışan döyüşçülərə də zərbələr endirilib.

İsrail ordusu qeyd edib ki, "Roaring Lion" əməliyyatı başlayandan bəri İsrail ərazisinə atılmağa hazır olan 70-dən çox raket buraxılış qurğusu məhv edilib və zərərsizləşdirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az