Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü İntiqam Musayevin meyiti yaşadığı evdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin ehtimala görə, 62 yaşlı kişi yıxılaraq aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
Göygöldə evində meyiti tapılan 62 yaşlı kişinin ölüm səbəbi məlum olub.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, rayonun Balçılı kəndində 1964-cü il təvəllüdlü İ.Musayev yaşadığı evdə pilləkəndən yıxılıb.
O, aldığı xəsarətlər nəticəsində həyatını itirib.