logo
logo logo
logo

Azərbaycan ilə Somali arasında əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO

20:41 - 28 Oktyabr 2026

Azərbaycan ilə Somali arasında əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 28-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Somali Federativ Respublikasının informasiya, mədəniyyət və turizm naziri Əbdülfəttah Qasim Məhəmməd ilə görüşüb.


Manset.az xəbər verir ki, qonağı salamlayan Adil Kərimli Somalinin Forumda yüksək səviyyədə təmsil olunduğunu bildirib, dost ölkənin beynəlxalq platformalarda Azərbaycanın haqq işinə həmişə dəstək verdiyini məmnunluqla xatırladıb.

Görüşdə Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Nazir Əbdülfəttah Qasim Məhəmməd qlobal əhəmiyyətli tədbirə dəvətə görə təşəkkür edib, Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təbriklərini çatdırıb.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az