Antibiotiklərin dəhşətli zərəri ortaya çıxdı - 8 il bədəndə izi qalır

17:18 - 12 Mart 2026

Antibiotiklərin dəhşətli zərəri ortaya çıxdı - 8 il bədəndə izi qalır

Hər dəfə antibiotik müalicəsi tətbiq edildikdə bədəndəki faydalı bakteriyaların populyasiyası zərər görə bilər və bu dəyişiklik 8 ilə qədər davam edə bilər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu nəticə Uppsala Universitetinin Nature Medicine jurnalında dərc olunan araşdırmasından əldə edilib.

Antibiotiklər son dərəcə vacib dərmanlardır. Lakin digər dərmanlarda olduğu kimi, antibiotiklərin də ümumi yan təsirləri ilə yanaşı, iş prinsipləri səbəbindən bəzi arzuolunmaz nəticələrə yol aça bilərlər. Bədəndəki zərərli bakteriyalarla yanaşı, onlar bədən üçün faydalı "yaxşı" bakteriyaları öldürə bilərlər.

Araşdırmaçılar, xüsusilə, bu ikinci təsirə diqqət yetiriblər. Tədqiqatda alimlər İsveç dərman qeydiyyat sistemindəki məlumatları 14.979 yetkinin bağırsaq mikrobiomasının detallı xəritəsi ilə müqayisə edərək analiz ediblər.

Araşdırmanın baş müəllifi Gabriel Baldanzi belə bir açıqlama verib:

“Dörd ilə səkkiz il əvvəl istifadə edilən antibiotiklərin bu gün bağırsaq mikrobiomasının strukturu ilə əlaqəli olduğunu gördük. Bəzi antibiotik növlərində tək bir müalicə kursu belə iz buraxa bilər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az