Yeriyərkən siqaret çəkməyin təhlükəli tərəfləri

08:00 - 15 Mart 2026

Yeriyərkən siqaret çəkməyin təhlükəli tərəfləri

Rusiyalı kardioloq Valeriya Bonadıkova yeriyərkən siqaret çəkməyin sağlamlıq üçün ciddi təhlükə yarada biləcəyini bildirib.


Manset.az Milli.az-a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, sürətli addımlarla yeriyərkən orqanizm artıq yüklənmə rejimində işləyir, nəbz və nəfəsalma sürətlənir, ürək isə orqanizmə daha çox oksigen çatdırmağa çalışır.

Bu zaman siqaret tüstüsündə olan nikotin qan damarlarının daralmasına, qan təzyiqinin və ürək döyüntüsünün artmasına səbəb olur. Nəticədə orqanizmin oksigenə tələbatı artsa da, damarların daralması və tüstünün təsiri oksigenin çatdırılmasını çətinləşdirir.

Həkim qeyd edir ki, küçədə tələsən insanlar adətən qısa və sürətli nəfəs alır, bəziləri isə nikotini daha tez qəbul etmək üçün nəfəsini saxlayır. Bu isə ürək ritmində pozulmalara səbəb ola bilər.

Mütəxəssis xüsusilə hipertoniya, ürəyin işemik xəstəliyi, aritmiya, diabet və aterosklerozdan əziyyət çəkən şəxslər üçün yeriyərkən siqaret çəkməyin daha təhlükəli olduğunu vurğulayıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az