Daha 18 nəfər İrandan Azərbaycana təxliyə olundu - YENİLƏNİB

17:00 - 15 Mart 2026

Daha 18 nəfər İrandan Azərbaycana təxliyə olundu - YENİLƏNİB

"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının Azərbaycana təxliyəsi davam etdirilir.


Manset.az xəbər verir ki, bu gün saat 16:30-dan 18:00-dək olan müddətdə 13 Rusiya, 4 Çin və 1 Qazaxıstan vətəndaşı sərhəd buraxılış məntəqəsindən keçərək ölkə ərazisinə daxil olub.

Gün ərzində ümumilikdə 27 nəfərin təxliyəsi həyata keçirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.



17:00

İsveçrənin diplomatık missiyasının 3 əməkdaşı İrandan Azərbaycana təxliyə olunub.


Manset.az APA-ya istinadən xəbər verir ki, Astara dövlət sərhədindən buraxılış məntəqəsindən İsveçrənin 3 diplomatik nümayəndəsi Azərbaycana təhlükəsiz təxliyə edilib.

Bundan əlavə 5 Azərbaycan və 1 Çin vətəndaşı İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub.

Təxliyə prosesi davam edir.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az