"Səhliyalı" şirkəti Xankəndi şəhərində iftar süfrəsi təşkil etdi

10:24 - 16 Mart 2026

\"Səhliyalı\" şirkəti Xankəndi şəhərində iftar süfrəsi təşkil etdi

“Səhliyalı” şirkətinin rəhbərliyinin təşəbbüsü ilə işğaldan azad edilmiş Xankəndi şəhərində  iftar süfrəsi təşkil edilib.


Manset.az xəbər verir ki, məclisdə Qarabağ Universitetinin yüzdən çox tələbəsi iştirak edib. Tədbirdə iştirak edən “Səhliyalı” şirkətinin şöbə müdiri Ülvi Məmmədov tələbələr qarşısında çıxış edərək Ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində 30 ilə yaxın işğalda qalan rayonların azad edilməsinin hər bir Azərbaycan vətəndaşı üçün qürur hissi olduğunu qeyd edib:

“Bu gün bizim burda görüşə bilməyimizin əsas səbəbi aparılan uğurlu siyasətin nəticəsidir. Ölkə başçısının qətiyyətli addımları, əsgər və zabitlərimizin rəşadəti sayəsində bu gün burada görüşürük. Bütün  bunlar çox böyük tarixi hadisələrdir. Şükürlər olsun ki, biz də bu tarixə şahidlik edirik”.

İftar süfrəsinin sonunda tələbələr şirkət rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az