Trampdan Hörmüz boğazı ilə bağlı Çinə TƏKLİF 

10:59 - 16 Mart 2026

Trampdan Hörmüz boğazı ilə bağlı Çinə TƏKLİF 

Tramp "Air Force One" təyyarəsində jurnalistlərə Hürmüz Boğazının təhlükəsizliyi ilə bağlı bəyanat verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ABŞ və İsrailin İrana qarşı hücumları və İranın cavab əməliyyatları davam edərkən Hürmüz Boğazının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 7 ölkə ilə danışıqlar apardıqlarını açıqlayıb.

Bu məsələdə 7 ölkə ilə danışıq apardıqlarını qeyd edən Tramp, "Xam neftin böyük bir hissəsini, yəni təxminən 90 faizini boğazdan alırlar. Mən də 'Girmək istəyirsinizmi?' - dedim. Baxaq nə olacaq. Bəlkə gəlirlər, bəlkə də gəlməzlər," - ifadəsini işlədib.

Tramp boğazdan dəniz yolu ilə daşınan xam neftin böyük hissəsini istifadə edən Çin ilə də əməkdaşlıq təklif etdiklərini bildirib.

Müharibənin bitməsi ilə neft qiymətlərinin düşəcəyini irəli sürən Tramp müharibənin çox sürətli bir şəkildə sona çatacağını vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az