Ölkənin birinci bankı Kapital Bank gənclərin təhsili və
peşəkar inkişafına dəstək göstərmək istiqamətində həyata keçirdiyi təşəbbüsləri
davam etdirir. Bu məqsədlə bankla Təhsil
Tələbə Kredit Fondu arasında ötən il əməkdaşlıq memorandumu imzalanıb və
tələbələr üçün müxtəlif inkişaf və maarifləndirici tədbirlər təşkil edilir.
Əməkdaşlığın davamı olaraq 25 fevral 2026-cı il tarixində
Təhsil Tələbə Kredit Fondunun təhsil kreditindən yararlanan tələbə və məzunları
üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib. Təlim
Kapital Bank-ın İstedadların idarə edilməsi departamentinin İstedadların cəlbi
və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova tərəfindən aparılıb.
Təlim zamanı iştirakçılar karyera planlaması, şəxsi brendin
formalaşdırılması, əmək bazarının tələbləri və gənclərin peşəkar inkişaf
imkanları barədə ətraflı məlumat əldə ediblər. İnteraktiv formatda keçirilən
sessiyada gənclərə praktiki tövsiyələr və real iş mühiti ilə bağlı təcrübələr
də bölüşülüb.
Təlimin əsas məqsədi təhsil tələbə kreditindən yararlanan
tələbə və məzunların karyera seçimlərinə daha şüurlu yanaşmalarına, peşəkar
inkişaf istiqamətlərini müəyyənləşdirmələrinə və əmək bazarının tələblərinə
daha hazırlıqlı şəkildə daxil olmalarına dəstək göstərmək olub.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank
kartı sifarişi üçün – https://kbl.az/prcrc.