Bakıda müştəri maşını "moyka"ya verdi - İşçi avtomobili qaçırdı

11:20 - 19 Mart 2026

Bakıda müştəri maşını \"moyka\"ya verdi - İşçi avtomobili qaçırdı

Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb


Manset.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində bir nəfər “Honda” markalı avtomobilini avtoyuma məntəqələrindən birinə aparıb, daha sonra geri götürməyə gəldikdə nəqliyyat vasitəsinin qaçırıldığı məlum olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 43 yaşlı E.Bağırov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az