ADU-da Novruz bayramına həsr olunmuş tədbir keçirilib

18:24 - 19 Mart 2026

ADU-da Novruz bayramına həsr olunmuş tədbir keçirilib

Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Novruz və Ramazan bayramlarına həsr olunan tədbir keçirilib.


Tədbirdə xalqımızın hər il böyük maraq və sevinclə qeyd etdiyi Novruz və Ramazan bayramlarının tarixi, ənənələri və atributları haqqında ətraflı məlumat verilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla universitet kollektivi və tələbələri təbrik edib, universitetin nailiyyətlərindən danışıb:

“Sizi bu gözəl bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik arzu edirəm. Qoy ocağımız daima isti olsun, elimizdə, obamızda hər zaman toy-bayram olsun. Universitetimiz bu illər ərzində beynəlxalq və respublika səviyyəsində bir çox nailiyyətlər əldə edib. Bu uğurların səbəbkarı universitetimizin müəllimləri və tələbələridir. Bu gözəl bayramı bizimlə qeyd etmək üçün cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kan Kimqu universitetimizə qonaq gəlib. Cənab səfirə öz təşəkkürümüzü bildiririk.

Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqımız üçün əvəzsiz xidmətlər göstərir. Bu gün Qarabağ azaddır, Azərbaycan qüdrətli dövlət kimi böyük inkişaf yolu keçir. Bunu edən Ali Baş Komandanımız İlham Əliyevdir. Qüdrətli Azərbaycanın uğurlarına görə Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır. Ali Baş Komandanımız Ulu öndərin vəsiyyətini böyük şücaətlə həyata keçirir. İrəliləyən Azərbaycanla bir yerdə hamımız irəli gedirik, inkişaf edirik. Mən arzu edirəm ki, siz yeni Azərbaycana sadiq olasınız, bu yolu davam etdirənlərin sırasında olasınız. Hər sinif otağında Azərbaycan həqiqətlərini dünyaya bəyan edən Azərbaycan Prezidentinin səsi gəlsin, nəfəsi hiss edilsin. Bayramınız mübarək!”.

Tədbir çərçivəsində müxtəlif kafedralar və dekanlıqlar tərəfindən hazırlanan bayram süfrəsi və bayram atributlarının əks olunduğu stendlər nümayiş olunub. Müğənni Elçin Cəfərovun ifasında bayram mahnıları dinlənilib, həmçinin "Ramazan süfrəsi" təşkil olunub.

Sonda isə Novruz tonqalı alovlanıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az