Xəbər verdiyimiz kimi, Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda limandakı yaxtaların birində güclü yanğın baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saatlarında meydana gələn yanğın sürətlə yayılıb.
Nəticədə dəyəri milyonlarla dollar məbləğində olan 8 yaxta yanaraq kül olub.
Teleqraf bildirir ki, yanan yaxtalar “Socar Trading”in təsisçisi və keçmiş prezidenti Anar Əlizadəyə məxsus olub.