“Formula 1” Azərbaycan Qran-prisi ləğv olunur? - AÇIQLAMA

14:36 - 22 Mart 2026

“Formula 1” Azərbaycan Qran-prisi ləğv olunur? - AÇIQLAMA

“Formula 1” Azərbaycan Qran-prisinin ləğvi ehtimalı gündəmə gəlib.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə jurnalist Culianna Çerasoli açıqlamasında bildirib.

Onun sözlərinə görə, regionda baş verən hadisələr fonunda “Formula 1” təqvimində dəyişikliklər istisna olunmur.

Jurnalist qeyd edib ki, daha əvvəl Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələlərindən sonra təqvimdən daha bir yarışın çıxarılması ehtimalı müzakirə edilir və bu sırada Bakı yarışı da yer ala bilər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova Musavat.com-a açıqlamasında bildirib ki, təqvimdə dəyişiklik nəzədə tutulmayıb:

“Bizə bu barədə məlumat daxil olmayıb. Təqvimdə Azərbaycan Qran-prisi hansı vaxt qeyd olunubsa, o zaman keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, dünyanın ən məşhur avtomobil yarışı seriyası olan “Formula 1” artıq iki mühüm mərhələnin ləğv edildiyini açıqlayıb. Çempionat rəhbərliyi regiondakı təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərini keçirməmək qərarına gəlib.
Çempionatın prezidenti və baş icraçı direktoru Stefano Domenikali bildirib ki, bu qərar asanlıqla qəbul olunmayıb. Onun sözlərinə görə, Yaxın Şərqdəki mövcud vəziyyət və təhlükəsizlik riskləri nəzərə alınaraq belə bir addım atılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az