Xankəndidə KUMUN 2026 konfransı keçiriləcək - Müraciətlər başladı

22:41 - 23 Mart 2026

Xankəndidə KUMUN 2026 konfransı keçiriləcək - Müraciətlər başladı

Xankəndidə yerləşən Qarabağ Universitetində keçiriləcək 1-ci Qarabağ Universiteti BMT Modeli Konfransı – KUMUN 2026 üçün müraciətlər açıq elan edilib.


Manset.az xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Gənclərin Beynəlxalq Dialoq Platformasının təşkilatçılığı və Qarabağ Universitetinin tərəfdaşlığı ilə baş tutacaq.

Tədbirin 29–31 may 2026-cı il tarixlərində keçirilməsi planlaşdırılır. Konfrans gəncləri və tələbələri beynəlxalq diplomatiya mühitində bir araya gətirərək regional və qlobal məsələlərin müzakirəsi, fikir mübadiləsi və əməkdaşlıq imkanları yaradacaq. İştirakçılar müxtəlif BMT komitələrinin simulyasiyalarında diplomat rolunda çıxış edəcəklər.

Konfransın işçi dili ingilis dilidir və müraciətlər həm yerli, həm də xarici gənclər üçün açıqdır.

Müraciət üçün son tarix 15 aprel 2026-cı ildir. İştirak etmək istəyənlər müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilərlər.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az