"TələbəPlus" kartının əhatə dairəsi genişləndirilir.
Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, kollec və peşə məktəblərində təhsil alanlara da güzəştli tələbə kartları veriləcək.
Əvvəllər "TələbəPlus" kartları yalnız ali məktəb tələbələrinə verilirdi. Kart sahibləri restoran, kafe, geyim mağazaları, kitab və dəftərxana dükanları, tibb müəssisələri, əyləncə mərkəzləri və digər sektorlarda güzəştlərdən yararlana bilirlər. Layihəyə 350-dən çox partnyor qoşulub.
Ekspertlər hesab edirlər ki, layihənin kollec və peşə təhsili pilləsində təhsil alan tələbələri də əhatə etməsi olduqca önəmlidir.
Rizvan Fikrətoğlu deyir ki, kart üzrə güzəştlərin daha geniş sahələri əhatə etməsi və müxtəlif sektorlar üzrə imkanların artırılması məqsədəuyğun olardı.