Maşında sıxılı vəziyyətdə qalan sərnişin belə xilas edildi - VİDEO

17:16 - 26 Mart 2026

Maşında sıxılı vəziyyətdə qalan sərnişin belə xilas edildi - VİDEO

Xaçmaz şəhəri, Bakı küçəsində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.


Manset.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə yerinə nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” və “Haval” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Haval” markalı minik avtomobilində sərnişin sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı qalan sərnişin, 1952-ci il təvəllüdlü N.Əliyeva xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az