Quba rayonunun Zərdabi qəsəbəsində kanalizasiya borusunun tutulması nəticəsində 10-a yaxın evi su basıb.
Manset.az Report-a istinadən xəbər verir ki, Quba və Qusar rayonlarının çirkab sularının axıdılması üçün nəzərdə tutulan mərkəzi kanalizasiya xəttinin qarşısının tutulması nəticəsində çirkab suları Quba-Xaçmaz yolunun kənarı boyunca yayılıb.
Eyni zamanda 10-a yaxın evin həyətinə çirkab su dolub.