Eldar Əzizov müavinini su basan ərazilərə göndərdi: Bu tapşırıqlar verildi - VİDEO

19:07 - 28 Mart 2026

Eldar Əzizov müavinini su basan ərazilərə göndərdi: Bu tapşırıqlar verildi - VİDEO

Mart ayının 27-si səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətləri və şəhərin digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.


Bu barədə Manset.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bəzi ərazilərdə ikinci gündür ki aramsız yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov hadisə baş verən ərazilərə baxış keçirib, yağışın yaratdığı fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Həmçinin sözügedən məsələ ilə bağlı yaradılmiş monitorinq qrupları tərəfindən problemli ərazilər müəyyən edilir və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur.

Hazırda şəhərin müxtəlif ərazilərində yaranmış fəsadlarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az