Küveytdə çəkilmiş video sosial mediada gündəm yaradıb. Kadrlarda qadının evdən qaçan aslanı qucağında tutduğu və aslanın azad olmaq üçün çapalaması yer alıb.
Manşet.az xəbər verir ki, Küveytdə nəşr olunan “Əl Vətən” qəzetinin yazdığına görə, Əl-Sabahiyədə evdən qaçan aslan bölgədə ciddi narahatlığa səbəb olub.
“Yeni il gecəsi və Sabahiyə küçələrində normal olaraq itən itlər və pişiklər olur. Ancaq bu dəfə yolda sahibsiz bir aslan var və sahibi axtarılır”, - evdən qaçan şir haqda tapılmamışdan öncə belə məlumat verilib.
Xəbərə görə, aslanın qadına məxsus olduğu müəyyən edildikdən sonra onun atası ekologiya polisinin köməyi ilə heyvanı tapanlarla əlaqə saxlayıb. Daha sonra aslanı almağa gedən qadının "ev heyvanı"nı qucağında apardığı görülüb. Aslan qadının qucağında azad olmaq üçün çapalasa da, nəticəsi olmayıb.
ölkə.az