logo
logo logo
logo

Fransada meşə yanğınları böyüyür - Yarımada tam təxliyə edildi

11:55 - 24 İyul 2026

Fransada meşə yanğınları böyüyür - Yarımada tam təxliyə edildi

Fransa yarımadanın təxliyəsi barədə göstəriş verib, yüzlərlə insan meşə yanğınlarından qayıqlarla qaçır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa hakimiyyəti ölkənin cənub-qərbində yerləşən Kap Ferre yarımadasının tamamilə təxliyə edilməsi barədə göstəriş verib, yüzlərlə insan ərazini qayıqlarla tərk edir.

Jironde bölgəsində günlərdir davam edən meşə yanğını ilə mübarizə aparıldığı bir vaxtda, məşhur turizm məkanı olan bu ərazi təxliyə olunur.

Çərşənbə axşamı Saumosda başlayan yanğın gecə saatlarında da yayılmağa davam edib və nəticədə 8700 hektar ərazi alovlara təslim olub.

Eyni zamanda, İspaniya hökuməti paytaxt Madrid yaxınlığındakı bir neçə ərazidə nəzarətdən çıxan meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edib.

Çərşənbə axşamı Bordo hava limanı yaxınlığındakı yanğınla mübarizə apararkən iki yanğınsöndürən həlak olub, rəsmilər cümə günü səhər saatlarında yeni xəsarət alanların olmadığını bildiriblər.

Fransa Prezidenti Emmanuel Makron cümə axşamı gecə saatlarında ölkədəki meşə yanğınları ilə bağlı vəziyyətin, xüsusilə də Jironde bölgəsində, "çox gərgin" olduğunu qeyd edib.

Makron Avropa İttifaqından kömək istədiyini bildirərək, ölkəyə tezliklə Xorvatiya, Portuqaliya, Çexiya və Slovakiyadan təyyarələrin dəstək verəcəyini əlavə edib.

Bölgənin prefekti Sofi Brokas cümə günü səhər erkən saatlarda təxliyənin "son mərhələsi" barədə göstəriş verib.

İnsanlara ərazidən Bordo istiqamətindəki əsas yolla çıxmaları tövsiyə olunur, eyni zamanda, yerli vaxtla saat 07:00-dan 10:00-dək dörd körpüdən digər şəxslərin daşınması üçün qayıqlar təşkil edilib.

İspaniyada yanğınsöndürənlər Madrid yaxınlığındakı bir neçə ərazidə meşə yanğınları ilə mübarizə aparırlar. Daxili İşlər Naziri Fernando Qrande-Marlaska Madrid bölgəsindəki Villa del Prado və San Martin de Valdeiqlesias, həmçinin Avila bölgəsindəki Burqohondo ərazilərində yanğınların davam etməsi səbəbindən milli fövqəladə vəziyyət elan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az