Aeroport yolunda sürət həddi endirildi

23:33 - 01 Aprel 2026

Aeroport yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.


Bu barədə Manset.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd olunur ki, bununla bağlı NİİM-in əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda bütün tablolarda "Dumanlı hava" xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az