Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

23:31 - 04 Aprel 2026

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.


Manset.az agentliyə istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, aprelin 5-i gündüzdən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi aprelin 6-sı axşam saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 3.0-4.0 m, sonrakı inkişafda 4.0-6.0 metrə çatacağı proqnozlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az