Eldar Əzizov və Zaur Mikayılov həmin əraziyə baxış keçirdilər - VİDEO

23:45 - 05 Aprel 2026

Eldar Əzizov və Zaur Mikayılov həmin əraziyə baxış keçirdilər - VİDEO

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasında problem yaradan ikimərtəbəli evin söküldüyü yerə baxış keçiriblər.


Manset.az xəbər verir ki, ərazidə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və problemin həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilib.

Xatırladaq ki, Xətai rayonu Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş və Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasında problem yaradan ikimərtəbəli evin sökülməsi qərara alınıb.

Aidiyyəti qurumların mütəxəssislərinin rəyinə görə, gələcəkdə oxşar halların digər ərazilərdə təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülməsi və xəttin bərpası zəruri hesab olunmuşdu.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az