Almatıda Azərbaycanın ali təhsil imkanları təqdim olunacaq – “Study in Azerbaijan” sərgisi  

11:00 - 06 Aprel 2026

Almatıda Azərbaycanın ali təhsil imkanları təqdim olunacaq – “Study in Azerbaijan” sərgisi  

7-8 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetində “Study in Azerbaijan” təhsil sərgisi keçiriləcək. 


Manset.az xəbər verir ki, tədbir geniş spektrli təhsil proqramları, təqaüd imkanları təqdim etmək və ziyarətçiləri ölkəmizdəki tələbə həyatı ilə tanış etmək məqsədilə Azərbaycanın aparıcı universitetlərini bir araya gətirəcək.

Sərginin məqsədi təhsil sahəsində əməkdaşlığı genişləndirmək, tələbələri və gənc mütəxəssisləri xaricdə yüksək keyfiyyətli təhsil almaq imkanları haqqında məlumatlandırmaqdır.

Daha ətraflı məlumat üçün linklərə keçid ala bilərsiniz.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az