Yasamalda ağacəkmə aksiyası keçirildi - FOTOLAR

14:59 - 16 Aprel 2026

Yasamalda ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Yasamal rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı və Yasamal bələdiyyəsinin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.


Manset.az xəbər verir ki, aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının və Yasamal bələdiyyəsinin əməkdaşları iştirak edib.

Aksiya çərçivəsində A.A.Bakıxanov və C.Cabbarlı küçələrinin kəsişməsində yerləşən yamaca 400 ədəd sərv ağacı əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. Keçirilən aksiya ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır.

Eyni zamanda ictimaiyyət, xüsusilə də gənclər arasında təbiətə qayğı və ekoloji məsuliyyət hissini gücləndirməkdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az