"Mütəmadi şəkildə stansiyaların fəaliyyəti bərpa edilir" - ADY rəsmisi

12:20 - 17 Aprel 2026

\"Mütəmadi şəkildə stansiyaların fəaliyyəti bərpa edilir\" - ADY rəsmisi

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC koronavirus (COVID-19) pandemiyasından sonra mütəmadi şəkildə stansiyaların fəaliyyətini bərpa edir, xidmət coğrafiyasını genişləndirir.



Manset.az xəbər verir ki, bunu ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, məqsəd həm müştəri məmnuniyyətinin artırılması, həm də ölkə ərazisində sərnişinlərin səyahətinin tam dolğun təmin olunmasıdır: "Əvvəllər qatar Bakıdan Kürdəmirə 3 saat 11 dəqiqəyə hərəkət edirdi. İndi isə müddət 2 saat 11 dəqiqədir".

A.Fərəcov qeyd edib ki, sərnişinlər ​gündəlik olaraq Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı qatarları ilə Kürdəmir stansiyasına səyahət edə bilərlər: "Əlavə olaraq həftə sonları fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı və Bakı-Qazax-Bakı qatarları ilə də sərnişinlər Kürdəmir stansiyasına, Bakıya, həmçinin qərb və şimal-qərb bölgələrinə gedə bilərlər".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az