Zaur Mikayılov Xankəndidə vətəndaşlarla görüşdü - FOTOLAR

14:45 - 17 Aprel 2026

Zaur Mikayılov Xankəndidə vətəndaşlarla görüşdü - FOTOLAR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov aprelin 17-də Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Xankəndi şəhəri, Xocalı, Ağdərə və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.


Bu barədə Manset.az-a ADSEA-dan bildirilib.

    Qəbul zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

    Müraciətlər əsasən suvarma suyu ilə təminat, subartezian quyularının qazılması, təmiri, bərpası, işə qəbul və digər məsələlərlə bağlı olub.

    Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

    Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.




    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az