Faktiki hava açıqlandı 

12:00 - 19 Aprel 2026

Faktiki hava açıqlandı 

Azərbaycanda faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi qərb rayonlarında arabir yağıntılı olub.

Düşən yağıntının miqdarı Sədərəkdə 7, Ordubad və Şahbuzda 3, Şərur və Daşkəsəndə 2, Gəncə, Naxçıvan, Culfa, Gədəbəy, Naftalan, Şəmkir, Zaqatala və Tovuzda 1 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Xızıda 17 m/s-dək güclənir.

Lerik, Sabirabad, Biləsuvar, Göygöl, Şəmkirdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az