Baş Prokurorluğun nümayəndələri beynəlxalq forumda iştirak etdi - FOTO 

17:58 - 21 Aprel 2026

Baş Prokurorluğun nümayəndələri beynəlxalq forumda iştirak etdi - FOTO 

Aprelin 19-21-i tarixlərində Səmərqənd şəhərində Özbəkistan Respublikası Prezidentinin Administrasiyasının və BMT-nin NCMİ-nin birgə təşkilatçılığı ilə “Cəmiyyətin sağlamlığına va təhlükəsizliyinə yönəlmiş transmilli narkotik təhdidlərinə qarşı mübarizə”yə dair Beynalxalq Forum keçirilib.


Manset.az xəbər verir ki, forumda Azərbaycanı Baş Prokurorluğun idarə rəisi Ceyhun Kazımov və Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Teymur Qarayev təmsil edib.

Tədbirdə çıxış edən Ceyhun Kazımov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün “Dövlət Proqramı”, habelə bu kateqoriya cinayətlərə qarşı mübarizə sahəsində Baş Prokurorluq tərəfindən görülən işlər, o cümlədən maariflənmə tədbirləri barədə ətraflı məlumat verib, bu sahədə məlumat mübadiləsinin operativ və tam şəkildə həyata keçirilməsinin cinayətkar şəbəkələrin ifşası və məsuliyyətə cəlb olunması baxımından mühüm əhəmiyyət kəsb etməsini vurğulayıb.

Forum çərçivəsində keçirilən müzakirələrdə iştirak edən Teymur Qarayev narkotik vasitələr və psixotrop maddələrin qlobal təhlükə xarakteri daşıdığını, bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti, kompleks yanaşma və aidiyyəti dövlət qurumları arasında səmərəli əməkdaşlığın gücləndirilməsinin vacibliyini xüsusi qeyd edib.





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az