“Mikayıl Cabbarovun təkidi ilə xarici dili buraxılış imtahanına saldıq, mən qarşı idim”

12:37 - 27 Aprel 2026

“Mikayıl Cabbarovun təkidi ilə xarici dili buraxılış imtahanına saldıq, mən qarşı idim”

“2012-ci ildə buraxılış imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə olundu. Bu qərarla bağlı geniş və gərgin müzakirələr aparıldı. Buraxılış imtahanlarında riyaziyyat və Azərbaycan dili əsas fənlər idi. Üçüncü fənnin hansı olması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü”.


Manset.az "Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib. 

O bildirib ki, həmin ildə təhsil naziri olan Mikayıl Cabbarovun təkidi ilə xarici dil buraxılış imtahanı fənlərinin siyahısına daxil edilib: “Açığını desəm, üçüncü fənnin xarici dil olmasının əleyhinə idim. Çünki bəzi məktəblərin verdikləri attestatlarda xarici dil fənninin tədris olunmadığı qeyd edilirdi. Hətta elə hallar olurdu ki, müəyyən məktəblərdə bu fənn cəmi bir-iki il tədris edilmiş, müəllim çatışmazlığı səbəbindən sonradan dayandırılmışdı. Bu səbəbdən həmin fənnin buraxılış imtahanı fənləri siyahısına daxil edilməsini məqsədəuyğun hesab etmirdik”.

DİM sədrinin sözlərinə görə, zaman göstərdi ki, xarici dil fənninin buraxılış imtahanı fənləri siyahısına daxil edilməsi doğru qərar olub. Xarici dil bilikləri gənclərin gələcək həyatında yeni imkanlar və perspektivlər açır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az