Gecələr yuxunuz ərşə çəkilir?

01:30 - 29 Aprel 2026

Gecələr yuxunuz ərşə çəkilir?

Müasir dövrdə bir çox insan gecə rahat yata bilməməkdən, tez-tez oyanmaqdan və ya səhər yorğun qalxmaqdan şikayətlənir.


Manset.az Axşam.az-a istinadən xəbər verir ki, ara-sıra baş verən yuxusuzluq normal sayılsa da, bu hal davamlı hal alırsa, diqqət yetirilməlidir. Bəzi hallarda insanlar telefonla çox oynayır, sosial şəbəkədəki paylaşımlar vaxtında yatmağa mane olur. 

Mütəxəssislərə görə, yuxu pozğunluğunun bir çox səbəbi ola bilər:

Stress və narahatlıq – Gündəlik gərginlik, iş və şəxsi problemlər beyinin gecə də aktiv qalmasına səbəb olur.
Telefon və ekran istifadəsi – Yatmazdan əvvəl telefon, planşet və televizor istifadəsi melatonin hormonunun ifrazını azaldır.
Kofein və enerji içkiləri – Günün ikinci yarısında qəbul edilən kofein yuxuya getməyi çətinləşdirir.
Qeyri-sağlam yuxu rejimi – Hər gün fərqli saatlarda yatmaq bioloji saatı poza bilər.
Bəzi xəstəliklər – Depressiya, qalxanabənzər vəz problemləri, xroniki ağrılar və hormonal dəyişikliklər yuxusuzluğa səbəb ola bilər.

Uzunmüddətli yuxu problemi:
diqqət və yaddaşı zəiflədir,
immuniteti aşağı salır,
ürək-damar xəstəlikləri riskini artırır,
çəki artımına səbəb ola bilər,
psixoloji vəziyyəti mənfi təsir altına salır.

Mütəxəssislər məsləhət görür ki, rahat yatmaq üçün bunları edin:

Hər gün eyni saatda yatıb oyanın
Yatmazdan 1 saat əvvəl ekranlardan uzaq durun
Axşam ağır yemək və kofeindən çəkinin
Yataq otağını sərin və qaranlıq saxlayın
Gün ərzində fiziki aktiv olun

Əgər yuxusuzluq bir neçə həftədən çox davam edirsə, mütləq həkimə müraciət etmək tövsiyə olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az