KFC restoranı uşağa yarım stəkan su verməyib.
Manset.az xəbər verir ki, bu barədə şikayətçi Günel Hüseynli bildirib.
Onun sözlərinə görə, həftəsonu City Park Mall-da övladı ilə olarkən uşağı üçün termosda isti suyu evdə unutduğunu xatırlayıb. Bu səbəbdən mall daxilində yerləşən KFC restoranına yaxınlaşaraq sadəcə yarım stəkan ilıq su istəyib.
Lakin iddiaya əsasən, restoran əməkdaşı bu xahişi yerinə yetirməkdən imtina edib. Günel Hüseynlinin bildirdiyinə görə, əməkdaş “verə bilmərik, rəhbərlik icazə vermir” cavabını verib.