"Süni intellekt saxta məlumatların yayılmasına səbəb olur" - Nazir müavini

11:03 - 01 May 2026

\"Süni intellekt saxta məlumatların yayılmasına səbəb olur\" - Nazir müavini

“Rəqəmsal inkişaf mediaya yeni imkanlar yaradır. Məlumatlar daha geniş və daha sürətlə yayılır”.


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib. O bildirib ki, dəyişiklik fonunda ölkəmizdə rəqəmsal inkişafda yeni mərhələ başlayıb:

“Ölkə boyu genişzolaqlı internet şəbəkələri daha yaxşı informasiya əldə etməyə zəmin yaradır. Süni intellekt alətləri böyük həcmdə informasiyanın daha yaxşı əldə edilməsinə kömək edir”.

O, medianı daha diqqətli olmağa çağırıb:

“Süni intellektin tətbiqi ilə yaranan yeni şərait medianın rolunu daha da artırır. Çünki bu, bəzən saxta və yalan məlumatların yaranmasına səbəb olur. Zərərli informasiyaya qarşı birlikdə əməkdaşlıq etməliyik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az