“Rəqəmsal inkişaf mediaya yeni imkanlar yaradır. Məlumatlar daha geniş və daha sürətlə yayılır”.
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimində deyib. O bildirib ki, dəyişiklik fonunda ölkəmizdə rəqəmsal inkişafda yeni mərhələ başlayıb:
“Ölkə boyu genişzolaqlı internet şəbəkələri daha yaxşı informasiya əldə etməyə zəmin yaradır. Süni intellekt alətləri böyük həcmdə informasiyanın daha yaxşı əldə edilməsinə kömək edir”.
O, medianı daha diqqətli olmağa çağırıb:
“Süni intellektin tətbiqi ilə yaranan yeni şərait medianın rolunu daha da artırır. Çünki bu, bəzən saxta və yalan məlumatların yaranmasına səbəb olur. Zərərli informasiyaya qarşı birlikdə əməkdaşlıq etməliyik”.