"Uğurlu təcrübə WUF13 çərçivəsində də davam etdiriləcək"

11:20 - 01 May 2026

\"Uğurlu təcrübə WUF13 çərçivəsində də davam etdiriləcək\"

Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.


Manset.az xəbər verir ki, bunu "İctimai proseslər media müstəvisində" mövzusunda III Forumun açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov səsləndirib. 

Ə.İsmayılov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri Qarabağ və Şərqi Zəngəzurun simasını dəyişir.

Onun sözlərinə görə, regionda aparılan quruculuq işləri Azərbaycanın iqtisadi və intellektual potensialını əks etdirir.

Ə.İsmayılov həmçinin vurğulayıb ki, COP29 zamanı tətbiq olunan kommunikasiya modeli dövlət, media və cəmiyyət arasında effektiv əməkdaşlığı nümayiş etdirib.

O əlavə edib ki, bu təcrübənin WUF13 çərçivəsində də davam etdirilməsi nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az