257 nömrəli məktəbdə zəhərlənmə olub? - RƏSMİ AÇIQLAMA

19:00 - 01 May 2026

257 nömrəli məktəbdə zəhərlənmə olub? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Xətai rayon 257 saylı məktəbdə kütləvi zəhərlənmənin baş verməsi ilə bağlı məlumat yayılıb.


Manset.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, məktəbdən bildirilib ki, mayın 1-də  nəm salfetdən istifadə nəticəsində məktəbin V sinfinin bir neçə şagirdinin əlində allergik əlamətlər müşahidə olunub.

“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilib, şagirdlər yerində müayinə olunub və onlara müvafiq yardım göstərilib. Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Hazırda şagirdlərin vəziyyəti normaldır”, - deyə qeyd edilib.

TƏBİB-dən isə bildirilib ki, saat 15:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri, Xətai rayonu, 257 nömrəli məktəbdən nəm salfetdən keçən allergiya səbəbilə çağırış qeydə alınıb.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfərə yerində ilkin tibbi yardım olunub”, - deyə əlavə edilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Xətai rayonu ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.

“Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb. Polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb. Araşdırmalar davam etdirilir”, - deyə əlavə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az