Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır - VİDEO

14:07 - 27 May 2026

Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır - VİDEO

Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.


Bu barədə Manset.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.

Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.

Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az